FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı

FHN alpinistlərin axtarışı ilə bağlı məlumat yaydı
  29 Dekabr 2017    Oxunub:10549
Fövqəladə Hallar Nazirliyi Qubada dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb.

AzVision.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bildirilib ki, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi. Sabah axtarış işləri davam etdiriləcək.

Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: FHN   Alpinist  





Xəbər lenti