YAP-ın 270 mindən çox üzvü gəncdir

YAP-ın 270 mindən çox üzvü gəncdir
  01 Fevral 2018    Oxunub:1321
“Yeni Azərbaycan Partiyasının 270 mindən çox üzvü gəncdir”.
AzVision.az xəbər verir ki, bunu YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətinin yekunlarına və 2 fevral-Azərbaycan Gənclər Gününə həsr olunan tədbirdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, partiyanın üzvü olan gənclərin 58 mindən çoxu tələbədir. YAP-ın sədr müavini bildirib ki, gənclərin inkişaf etdirilməsi, onların özlərini ifa etməkləri üçün hər bir şəraitin yaradılması prezidentin həyata keçirdiyi əsas siyasətlərdən biridir:

“Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. İstərdim ki, gənclər sosial şəbəkələrdə keçirdikləri vaxtları daha mühüm məsələlərə, ölkənin bu günü və gələcəyi ilə bağlı məsələlərə həsr etsinlər.Biz gənclərimizlə fəxr edirik, qürur duyuruq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti