Komitə sədri köçkünlərin şikayətlərini dinləyib

Komitə sədri köçkünlərin şikayətlərini dinləyib
  31 May 2018    Oxunub:985
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində və Bərdə rayonunda məcburi köçkünlərlə görüşüb.
Bu barədə AzVision.az-a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. Məcburi köçkünləri dinləyən Dövlət Komitəsinin sədri mövcud problemlər, görülən işlərlə bağlı söhbətlər aparıb, qaldırılan məsələlərlə bağlı geniş izahat verib. Eyni zamanda problemlərin qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq konkret tapşırıqlar verib.

Görüşlərdə məcburi köçkünlər tərəfindən, əsasən, mənzil, qeydiyyat, kommunal xidmətlər və digər bu kimi məsələlərlə bağlı müraciətlər edilib.

Görüşlərdə məcburi köçkünlər minnətdarlıq edərək daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər.

AzVision.az


Teqlər: Rövşən-Rzayev  





Xəbər lenti