Kabelləri gömrükdən qanunsuz keçirmək istədilər - VİDEO

Kabelləri gömrükdən qanunsuz keçirmək istədilər - VİDEO
  14 Avqust 2018    Oxunub:1586
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Komitədən AzVision.az-a daxil olan məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti