Dörd rayonda su olmayacaq

Dörd rayonda su olmayacaq
  15 Avqust 2018    Oxunub:1144
Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti