Bakıda evdən pul və qızıl oğurlayıb

Bakıda evdən pul və qızıl oğurlayıb
  16 Avqust 2018    Oxunub:1581
Bakıda evdən pul və qızıl əşyalar oğurlayan şəxs tutulub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

AzVision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti