Saatlıda yük maşını ağaca çırpılıb

  15 Avqust 2018    Oxunub : 275
Saatlıda yük maşını ağaca çırpılıb
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Saatlı rayonunda “Ford” markalı yük avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az

Teqlər: Saatlı   Qəza