Beşmərtəbəli binada yanğın olub

Beşmərtəbəli binada yanğın olub
  16 Avqust 2018    Oxunub:1052
Paytaxtda yaşayış binasında yanğın baş verib.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 4 p.m mebel və 1 ədəd məişət avadanlığı yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı və 1 ədəd məişət avadanlığı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti