Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu
  17 Avqust 2018    Oxunub:1245
Biləsuvar rayonunun Ovçubərə kəndində ümumi sahəsi 108 kvadratmetr olan evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində birmərtəbəli dördotaqlı evin tavanı və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti