Ağdamda 81 yaşlı qadın su quyusuna düşüb

Ağdamda 81 yaşlı qadın su quyusuna düşüb
  18 Avqust 2018    Oxunub:1388
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonunun İkinci Baharlı qəsəbində 1 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1937-ci il təvəllüdlü Əsgərova Məntiqə Hüseyn qızının meyitini dərinliyi təqribən 7-8 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Ağdam  





Xəbər lenti