AzVision.az-ın məlumatına görə, Oğuz rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili aşıb. İlkin məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.