Quba sakinindən narkotik götürülüb

Quba sakinindən narkotik götürülüb
  18 Avqust 2018    Oxunub:1188
Daxil olan əməliyyat məlumatı əsasında Quba RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Axundovdan 5,545 qram marixuana götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisindəki qəbristanlıqda kultivasiya yolu ilə narkotik tərkibli bitkilər də yetişdirdiyi müəyyən edilib və həmin əraziyə baxış zamanı oradan 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Quba   Narkotik  





Xəbər lenti