Yasamalda ikimərtəbəli ev yanıb

Yasamalda ikimərtəbəli ev yanıb
  18 Avqust 2018    Oxunub:1330
Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nəticədə altı otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti