Gədəbəydə 6 otaqlı ev yanıb

Gədəbəydə 6 otaqlı ev yanıb
  19 Avqust 2018    Oxunub:1456
Gədəbəy rayonunda yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Qoşabulaq kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti