105 yaşlı kişi hərbçi diplomunu 83 ildən sonra aldı

B.Voqt üçün San Dieqo Universitetinin şəhərciyində xüsusi mərasim təşkil edilib. Universitetin nümayəndələri onun həmin dövrdən indiyə qədər sağ qalan yeganə hərbçi olduğunu bildiriblər.
105 yaşlı keçmiş hərbçi 1931-ci ildə ali məktəbə daxil olsa da, məzun olduqdan sonra iş axtardığı üçün buraxılış mərasimində iştirak etməyib və buna görə də o, diplom ala bilməyib.
AzVision.az