Həyətlərində çətənə kolları əkdilər, polis tutdu

  20 Avqust 2018    Oxunub : 1324
Həyətlərində çətənə kolları əkdilər, polis tutdu
Əldə edilən məlumat əsasında Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Boyat kənd sakini Ruslan Ruqiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, digər məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Xırdapay kənd sakini, əvvəllər məhkum olunmuş Gülbaba Zərbalıyevdən 10,2 qram marixuana, evinin həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

AzVision.az

Teqlər: Narkotik   DİN   Çətənə