3 evdən oğurluq edən 5 nəfər tutulub

3 evdən oğurluq edən 5 nəfər tutulub
  21 Avqust 2018    Oxunub:4618
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, əvvəllər məhkum olunmuşlar Fərrux Yarəliyev və Alim Balabəyov saxlanılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Yeni Həyat kəndində 3 evdən 200 ABŞ dolları, 3000 rubl və 2250 manat pul, habelə məişət əşyaları oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər: Oğurluq   Qusar   DİN  





Xəbər lenti