Yeni Ramanada qətl törədilib

Yeni Ramanada qətl törədilib
  21 Avqust 2018    Oxunub:4097
Avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bakı   Qətl  





Xəbər lenti