Sumqayıtda keçmiş məhkumu döyüb öldürdülər

Sumqayıtda keçmiş məhkumu döyüb öldürdülər
  21 Avqust 2018    Oxunub:2991
Avqustun 20-də stansiya Sumqayıt şəhər ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: Sumqayıt   DİN   Qətl  





Xəbər lenti