
Polis əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Q.Məhərrəmov zərərçəkənin qonşuluğunda yerləşən məhəllədə yaşayır. Bu səbəbdən o, ev sahibinin mənzilə gəlib-getmə vaxtını əvvəlcədən bilib. Hadisə günü saxlanılan şəxs zərərçəkənin evdə olmadığına əmin olandan sonra oğurluq məqsədi ilə mənzilə daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat verə bilərlər.

AzVision.az