Əməkdar artist xanımlarından danışdı: “Bir-birilərini çox istəyirlər”

“Hər şey kişidən asılıdır. Hər bir kişinin gərək özünə görə tərbiyyəsi, qabiliyyəti, qanacağı olsun ki, bir insanı ram edə bilsin. Əgər kişi öz ailəsi ilə bacarmırsa, digər ailə ilə necə bacarar, necə tərbiyyə verər? Xanımlar arasında böyük hörmət, dostluq var. İkisi də mehribandırlar. Hər şey yerli yerindədir. Mən kiməm ki, 4-5 yoldaşı olan kişilər var. Nə olub ki, bəyəm?".
Aktyor bildirib ki, ailədə mütləq səbr göstərmək lazımdır: “Vurmaq, döymək, dava etmək kimi əməllər mənə yaddır. Allah etməsin, bu mənə yaraşan bir iş deyil. Mənim o kişilərdən heç xoşum gəlmir. Əgər bir insan kimi bir- birimizi başa düşmürüksə, hövsələmlə başa salaram. Kimisə vurmaq vəhşilikdir. Biz hansı əsrdə yaşayırıq ki, döyək, dava edək. Qonşum pis olanda, onu da gülərüzlə başa salıram".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: