Qaxda yanğın olub

Qaxda yanğın olub
  22 Avqust 2018    Oxunub:3139
Qaxda yanğın qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qax rayonunun Əlibəyli kəndində “T-80” markalı traktorun qoşqusuna yığılmış 1,75 ton ot bağlamasının 875 kq və qoşqunun 4 ədəd təkəri yanıb. Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti