AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində 3 qadının çantalarından pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər də eyni cinayətə görə məhkum olunmuş Günel Quliyeva saxlanılıb.