“Bundan əlavə, dərman zəhərlənməsi ilə bağlı 7 nəfər, allergik reaksiya ilə bağlı isə 11 nəfər mərkəzə müraciət edib. Həmçinin 3 nəfər sirkə turşusu zəhərlənməsi ilə gəlib”.

A.Maqsudov yay mövsümü başlayandan bu günə qədər 21 nəfərin ilan, 5 nəfərin qara qurd, 11 nəfərin isə əqrəb sancması ilə bağlı onlara müraciət etdiyini deyib.
“Həmçinin dərman zəhərlənməsi ilə əlaqədar 18 nəfər, allergik reaksiya ilə 24 nəfər, sirkə turşusu ilə 6 nəfər müraciət edib. Bu müddətdə bir nəfər sirkə turşusundan ölüb. İlan sancması ilə bağlı müraciət edənlərdən 6 nəfərin, sirkə turşusu zəhərlənməsi ilə müraciət edənlərdən isə 2 nəfərin vəziyyəti ağır olub”.
Aytən Zəhra
AzVision.az