Gənclər arasında daha çox xanımlar boşanmaq istəyir

Məlumatda bildirilib ki, ötən il ölkədə nikaha daxil olanların 77,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6, qadınların isə 23,7-dir. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 24,2 faiz, qadınların isə 44,3 faiz təşkil edir.
Ümumilikdə ölkə əhalisinin 2,5 milyon nəfərini və ya 25,5 faizini gənclər təşkil edir. Gənclərin 50,6 faizi şəhər yerlərində, 49,4 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.
Qeyd edək ki, cari ilin ilk yarısında 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: Statistika Boşanma