Gəncədə 5 otaqlı ev yanıb

Gəncədə 5 otaqlı ev yanıb
  24 Avqust 2018    Oxunub:3457
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 103 kv.m olan mənzil yanıb.
AzVision.az- ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə, 1 ədəd məişət texnikası və ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti