Evdən meyiti tapılan gənc intihar edib - Yenilənib

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açın və orada aşkarlanan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
AzVision.az