Zaqatala sakini ilana görə oğlunu evləndirə bilmir - VİDEO

Çimnaz Səfərova – Ev sahibi: “İlanlar evin içinə gəlirlər. Nəvəm gələndə qızım uşağı əlində tutur ki, ilan çıxacaq. Özümüz də həmişə vahimədə oluruq. Qorxuruq ki, haradansa ilan çıxacaq. Bu il baxdım ki, 6-7 ilan balası evdədir. Adam saymırlar”.
Ailə problemlərlə bağlı Gigiyena və Epidemiologiya mərkəzinə də müraciət edib. İlanları evdən uzaqlaşdırmaq üçün müxtəlif vasitələrə əl atsalar da, heç bir nəticə olmayıb.
Bu il oğluna toy etmək niyyətində olan ailə ilanların evi tərk etməsini gözləyir. (ARB TV)
AzVision.az
Teqlər: Zaqatala