Toydan qayıdanlar qəzaya düşdü - 4 ölü, 7 yaralı

Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb. "VAZ-2106"nın Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.
Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.
Faktla bağlı araşdırma aparılır. (Report)
AzVision.az