Azərbaycanda 310 gəncdə bədxassəli şiş aşkarlanıb

Belə ki, 2017-cı ildə 14-29 yaşlı gənclərin 1542 nəfərində aktiv vərəm, 310 nəfərində isə bədxassəli şiş xəstəliyi aşkar edilib və bu yaşda olan əhalinin hər 100 000 nəfərinə müvafiq olaraq 61 və 12 nəfər xəstə düşüb. Bədxassəli şiş xəstəliyi aşkar edilən gənclərdən 157 nəfəri kişi,153 nəfəri qadındır. Onlardan 14-17 yaşda olanların sayı 31, 18-29 yaşda olanların sayı isə 279-dur.
Aktiv vərəm diaqnozu qoyulan gənclərdən 986 nəfəri kişi, 556 nəfəri qadındır. Onlardan 234 nəfəri 14-17 yaşda, 1306 nəfəri isə 18-29 yaşda olan gənclərdir.
Ümumilikdə ötən il ilk dəfə sifilis diaqnozu qoyulan 14-29 yaşlı gənclərin sayı 306 olub,onlardan 211 nəfəri kişi,95 nəfəri qadındır. Eyni zamanda 2017-cı ildə gənclərin hər 100 000 nəfərindən 1 nəfərinə alkoqolizm diaqnozu, 23 nəfərə isə narkomaniya və toksikomaniya diaqnozu verilib. Bəzi xəstəliklərin uzun müddət müalicəsinin aparılmasına baxmayaraq, onlar sağalmadıqda, həmin xəstəyə əlillik dərəcəsi verilir.
2017-cı ildə ilk dəfə əlil hesab edilmiş şəxslərin sayı 28,7 min nəfər olub və onların 12,6 faizini 14-29 yaşlı gənclər təşkil edib. Gənclərin əlilliyinə səbəb olan əsas xəstəliklər arasında sinir sisteminin, göz xəstəlikləri, travma və zəhərlənmələr və qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üstünlük təşkil edir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Statistika Xəstəlik