İntihara cəhd, hədə-qorxu - Cinayətkar dəstə ifşa olundu

Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığında o pulu ödəyə bilməmiş, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü oldürmə həddinə çatdırmışlar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib. Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İB-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat—axtarış tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN