Naxçıvanda yol qəzası, ölən var

Naxçıvanda yol qəzası, ölən var
  27 Avqust 2018    Oxunub:2523
Avqustun 25-də saat 8 radələrində Naxçıvan şəhəri ərazisində Şərur rayon sakini Kamal Camallının idarə etdiyi “Hyundai” və Şahbuz rayon sakini Fikrət Qaybalıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə F.Qaybalıyevin sərnişini Rafiq Qaybalıyev hadisə yerində ölüb. Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti