Özünü öldürmək istədi, FHN xilas etdi

Özünü öldürmək istədi, FHN xilas etdi
  28 Avqust 2018    Oxunub:2594
Bakıda intihar etmək istəyən şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhərin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   İntihar  





Xəbər lenti