Bu günə olan hava proqnozu

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində avqustun 29-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
AzVision.az