Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
  29 Avqust 2018    Oxunub:1908
Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti