Oğul qəza törətdi, anası öldü

Oğul qəza törətdi, anası öldü
  29 Avqust 2018    Oxunub:2998
Avqustun 28-də saat 7 radələrində Lerik rayonunun Qışlaq kəndi ərazisində Conu kənd sakini Nemətulla Əkbərov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə N.Əkbərovun sərnişinlərindən anası Qızbacı ölüb, özü və bir sərnişini xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti