Külli miqdarda narkotik ələ keçirildi

Külli miqdarda narkotik ələ keçirildi
  29 Avqust 2018    Oxunub:3041
Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakini Adil Əkbərovun evinə baxış zamanı oradan 3 kiloqram 65 qram marixuana aşkar edilərək götürülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, araşdırmalarla onun narkotik vasitəni Nərimanabad qəsəbə sakini Sahib Nəhmətovla birgə əldə etməsi müəyyən edilib. Görülmüş tədbirlərlə S.Nəhmətov da saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti