Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan
AzVision.az-a verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus 2,5 ha pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az