Dənizdən kişi meyiti tapıldı

Dənizdən kişi meyiti tapıldı
  30 Avqust 2018    Oxunub:3358
Siyəzəndə dənizdə 54 yaşlı kişi meyiti aşkarlanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 500 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1964-cü il təvəllüdlü Ələsgərov Fərəməz Əsgər oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti