Özünü binadan atmaq istədi, FHN xilas etdi

Özünü binadan atmaq istədi, FHN xilas etdi
  30 Avqust 2018    Oxunub:3846
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti