Evdən 5000 dollar, 1700 manatlıq qızıl oğurlanıb

Evdən 5000 dollar, 1700 manatlıq qızıl oğurlanıb
  30 Avqust 2018    Oxunub:2461
Bakıda evdən pul və qızıl oğurlayan şəxs tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 1700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti