Nərimanovda yanğın olub

Nərimanovda yanğın olub
  31 Avqust 2018    Oxunub:3248
Bakıda yanğın qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhərin Nərimanov rayonunda səkkizmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 m2 olan 3 otaqlı mənzilin eyvanında taxtadan ibarət rəf 2 m2 sahədə yanıb. Yüksək temperaturdan plastik pəncərə çərçivəsi əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti