Naxçıvanda 1708 nəfər işlə təmin olunub

Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Hesabat dövründə təşkil olunmuş əmək yarmarkalarında 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.
Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub. Həmin mərkəzlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin edilib.
AzVision.az