Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  02 Sentyabr 2018    Oxunub:2124
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-31° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a daxil olan məlumata görə, atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti təşkil edəcək.

AzVision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti