Mərc oyunlarında uduzub oğurluğa əl atdı - VİDEO

Saxıanılaraq idarəyə gətirilən R. Orucov törətdiyi cinayət əməlini etiraf edib. İstintaqın gedişində məlum olub ki, o, evdən oğurladığı pulla kifayətlənməyib. Belə ki, uzun müddətdir ki, Ü. Hüseynovun işlətdiyi mərc oyunları məntəqəsində operator olan Raqib özü də külli miqdarda pul uduzub. Müdirindən xəbərsiz uduzduğu pulları bərpa etmək istəyən Raqib oğurluq etmək qərarına gəlib.
Saxlanılan şəxsin sözlərinə görə, 5 il ərzində mərc oyunlarına 50 min manatdan artıq pul uduzub.
Faktla bağlı Raqib Orucov barəsində Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə istintaq davam edir. (Xəzər TV)
AzVision.az
Teqlər: Oğurluq