Evdən 20 min manatlıq qızıl oğurlanıb

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az