Meşədə narkotik əkən şəxs saxlanıldı

  11 Sentyabr 2018    Oxunub : 1112
Meşədə narkotik əkən şəxs saxlanıldı
Qax rayonu ərazisində çətənə kolları və marixuana aşkar edilərək götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Qax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Bəhruz Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu, habelə 302,27 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Qax   Narkotik   DİN