Bu gün Aşuradır

Bu gün Aşuradır
  20 Sentyabr 2018    Oxunub:2177
Bu gün Azərbaycanda Aşura günü qeyd olunur.
AzVision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına görə, Aşura mərasimləri mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

AzVision.az


Teqlər: Aşura  





Xəbər lenti