Qanunsuz ov edən şəxs cərimələnib

Qanunsuz ov edən şəxs cərimələnib
  20 Sentyabr 2018    Oxunub:1779
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

AzVision.az


Teqlər: DİN   Ov  





Xəbər lenti