Tovuzda yanğın, bir nəfər tüstüdən zəhərlənib

Tovuzda yanğın, bir nəfər tüstüdən zəhərlənib
  01 Oktyabr 2018    Oxunub:1472
Tovuz rayonun Bozalqanlı kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 8 kv.m sahədə yanıb, yüksək temperaturdan aynabəndin taxtadan ibarət tavanı qismən qarsalanıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti